Baş Mühasib və Vergi Mütəxəssisi

  • Истекает 10 октябрь 2026

Baş Mühasib və Vergi Mütəxəssisi

 

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur.

Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycan, Bakı Mərkəz ofisi üçün  üçün "Baş Mühasib və Vergi Mütəxəssisi”  vəzifəsinə peşəkar namizəd axtarırıq.

 

İşin təsviri

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
  • Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
  • Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
  • ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
  • Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
  • Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
  • Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
  • Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;
  • Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.

 

Vəzifə üzrə  tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
  • Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
  • 1C, BTP, e-Taxes, e-Gov, e-QaiməMS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
  • Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
  • Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.

 

Maraqlanan namizədlər CV-lərini  mövzu hissəsində “Baş Mühasib və Vergi Mütəxəssisi” qeyd etməklə 10 oktyabr, 2026-cı il tarixinədək [email protected][email protected] elektron poçt ünvanlarına göndərə bilərlər.

 

  • Daily1
  • Weekly621
  • Monthly1097