C Ceylan MMC
  • 622

Audit üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Audit üzrə mütəxəssis

  • Deadline 21 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Obyektlərinin həcmini müəyyən etmək;
  • Fəaliyyət göstərilən ərazidə ticarət nümayəndəsi ilə debitorların yoxlanışının həyata keçirilməsi. Uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi.
  • Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
  • Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
  • Fəaliyyət göstərilən ərazidə inventarların mövcudluğunu və təyinatına uyğun istifadəsini yoxlamaq və raportlamaq.
  • Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
  • Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
  • Risk dəyərləndirmələri əsnasında seçilmiş ticarət nümayəndəsində yoxlamaların həyata keçirilməsi. Kənarlaşmaların araşdırılıb aradan qaldırılması,aparılan yoxlamanın nəticələrinin rəhbərliyə təqdim edilməsi.
  • Tradition Trade tipli marketlərdə şirkətin bütün satış kanalları üzrə üzləşmələrin aparılamsı, ödənişlərin düzgün bölgüsünə nəzarət, aşkarlanan kənarlaşmaları araşdırıb aradan qaldırmaq. 
  • Uyğunsuzluqların təkrarlanmaması istiqamətində səlahiyyətli şəxslərdən izahatların alınması, rəylərin hazırlanması və təkliflərin verilməsi.
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Daxili audit qaydalarını bilməli;
  • İqtisadi sahədə qanunvericiliyi bilməli;
  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə);

İş təcrübəsi: 

  • Distribusiya sahəsində təcrübə mütləqdir
  • Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
  • Micro proqramları ilə işləmək bacarığı;
  • Ən azı 3 il (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə);
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili arzuolunan;
  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
  • Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
  • Analitik və ünsiyyət qurma bacarığı;
  • Kompüter bilikləri: MS Office.
  • Nəqliyyat mütləqdir

İş qrafiki:

  • Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: müsahibə əsasında
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

İş yeri: 

  • Bakı şəhəri, m. Babək plaza

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Audit üzrə mütəxəssis” yazaraq qeyd edilmiş elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

  • Daily78
  • Weekly671
  • Monthly1693