Ceylan MMC Ceylan MMC

Merçendayzer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Merçendayzer

  • Deadline 5 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • Məhsulların müəyyən edilmiş planoqramlara (sxemlərə) uyğun olaraq rəflərdə düzülüşünü təmin etmək.
  • "Birinci çıxan, birinci girər" (FEFO - First Expired, First Out) prinsipinə əsasən, vaxtı daha yaxın olan məhsulları ön sıraya çəkmək.
  • Rəf payına (Share of Shelf) nəzarət etmək: Brendin rəfdəki yerinin digər rəqiblərdən geri qalmadığına əmin olmaq.
  • Rəflərdə boşluqların (Out-of-Stock) yaranmasına yol verməmək; anbar qalıqlarını yoxlamaq və məhsulu rəfə vaxtında çıxarmaq.
  • Məhsulların son istifadə tarixlərinə daimi nəzarət etmək və vaxtı keçmiş və ya zədələnmiş malları vaxtında satışdan kənarlaşdırmaq.
  • Satış təmsilçisinə (Pre-seller) sifarişin verilməsi üçün qalıqlar barədə məlumat vermək.
  • Hər bir məhsulun altında qiymət kağızının düzgün və görünən yerdə olmasına nəzarət etmək.
  • Şirkətin təqdim etdiyi reklam materiallarını (stikerlər, wobbler-lər, stendlər) mağazada müvafiq yerlərdə quraşdırmaq.
  • Aksiyada olan məhsulların xüsusi sahələrdə (palet, əlavə stendlər) ön plana çıxarılmasını təmin etmək.
  • Gündəlik marşrut üzrə mağazaları ziyarət etmək və iş prosesini foto-hesabatlarla sənədləşdirmək (işdən əvvəl və sonra).
  • Rəqiblərin qiymət dəyişiklikləri, yeni məhsulları və aksiyaları barədə rəhbərliyə məlumat vermək.
  • Mağaza personalı ilə peşəkar münasibətlər quraraq, şirkətin maraqlarını qorumaq.
  • Məhsulların və rəflərin təmizliyini (tozsuz olmasını) təmin etmək.
  • Şirkətin korporativ geyim və davranış etikasına riayət etmək.

Tələblər:

  • 2-3 iş təcrübəsi
  • 22-30 yaş
  • Azərbaycan dili səlis.
  • Məsuliyyətli, dəqiq, analitik düşüncəli
  • Komandada işləmək bacarığı

İş şəraiti

  • Əməkhaqqı 750 AZN 
  • İş qrafiki: 5 gün, 09:00 -18:00

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Merçendayzer" vakansiyanın adını göstərilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya 055-211-27-33 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur. 

  • Daily4
  • Weekly412
  • Monthly545