Mal qəbulu üzrə köməkçi

  • Истекает 12 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ünvan: Qəbələ şəhəri

  • Maliyyə Departamentinə aid olan bütün Şirkət prosedurlarına riayət etmək.
  • Təhlükəsiz, ehtiyatlı və mütəşəkkil şəkildə işləmək.
  • Fiziki vəziyyətinin yoxlanılması və bütün əşyaların və ya ləvazimatların qəbul edildiyi anda və anbara qoyulmazdan əvvəl onların keyfiyyətinin və çəkisinin hesablanması və ya ölçülməsi.
  • Alınan məhsulların kəmiyyət və keyfiyyətini nəzərə almaqla malların qəbulu və bu malların satınalma sifarişlərinə uyğun yoxlanılması.
  • Bütün təsdiq edilmiş satınalma sifarişlərinin qəbul nüsxəsinin aktual faylının saxlanılması. Bütün satınalma sifarişlərində çatdırılma vəziyyəti aydın şəkildə göstərilməlidir.
  • Bütün çatdırılmaların yalnız təyin olunmuş qəbul məntəqəsində qəbul edilməsini təmin etmək.
  • Qəbul hesabatının doldurulması və hesab-fakturaların hər gün kreditor borcları üzrə koordinatoruna təqdim edilməsi.
  • Qəbul sahəsinin təmiz və əlçatan olmasını təmin etmək.
  • Anbar saatlarına və çıxış tələbinə uyğun olaraq bütün tələblərin vaxtında doldurulmasını təmin etmək.
  • Ehtiyac yarandıqda bütün gündəlik, həftəlik, ay sonu və ya rüblük inventarlarda köməklik göstərmək.

Tələblər:

  • Ali təhsil arzuolunandır
  • Otel və ya xidmət sahəsində təcrübə üstünlükdür;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları, xüsusilə iScala ilə işləmə təcrübəsi;
  • Azərbaycan dili (yazılı və şifahi) mükəmməl olmalıdır;

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında);
  • TABİA Group – un tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;

Maraqlanan namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin.

  • Daily0
  • Weekly596
  • Monthly1283