Əsas öhdəliklər:
- Restoranda işçilərin iş qrafikini tənzimləmək,
- Restoranın gündəlik fəaliyyətinə nəzarət etmək və effektiv işin təmin olunması üçün fəaliyyətlərin əlaqələndirilməsi,
- Xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq,
- Qonaqlardan gələn şikayətlərinin çevik və peşəkar şəkildə həll olunması,
- Yeni işçiləri restoran standartları və daxili-nizam intizam qaydaları ilə tanış etmək, onların adaptasiya prosesinin idarə olunması,
- İşçilər arasında motivasiya və komanda ruhunu gücləndirmək üçün təkliflər hazırlamaq,
- Müştəri axınının düzgün koordinasiyası və gözləmə vaxtlarının minimuma endirilməsi üçün rezervasiyaların və masa bölgüsünün effektiv şəkildə idarə olunması,
- Qida sağlamlığı və təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək üçün qidaların hazırlanması, təqdim edilməsi və saxlanması qaydalarına nəzarət etmək,
- Gigiyena və sanitariya standartlarına riayət olunmasını təmin etmək üçün müntəzəm yoxlamaların həyata keçirilməsi,
- Yeni işçiləri restoran standartları və daxili-nizam intizam qaydaları ilə tanış etmək, onların adaptasiya prosesinin idarə olunması,
- Təlim ehtiyaclarına uyğun olaraq işçilərə təlimlərin keçirilməsi,
- Restoranın açılması və bağlanması proseslərində iştirak etmək, proseslərin düzgün idarə olunması, müşahidə olunan bütün nöqsanlarla bağlı məlumatın Restoran meneceri ilə paylaşmaq.
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Komandaya rəhbərlik etmək, idarə etmək və motivasiya etmək bacarığı;
- Yüksək ünsiyyaət qabiliyyəti;
- Rus və İngiliş dilində danışıq qabiliyyəti;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq. E-mail göndərilərkən mövzu hissəsində “Restoran nəzarətçisi” qeyd olunmalıdır. Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.