Mexanika mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanika mühəndisi

  • Deadline 17 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri

  • Santexnik və mexaniki sistemlərinin (soyutma və isitmə, havalandırma, su təchizatı, kanalizasiya, qaz təchizatı və s.) layihələndirilməsi, montajı, istismarı və təmiri üzrə texniki rəhbərliyin həyata keçirilməsi;
  • AutoCAD və digər CAD mühəndislik proqram təminatlarından istifadə etməklə mexaniki sistemlərin və məhsulların layihələndirilməsinin həyata keçirilməsi;
  • Layihə sistemləri və əməliyyat məlumatlarının təhlil edilməsi, avadanlıq ehtiyacları və sistem tələblərinin müəyyənləşdirilməsi;
  • Mexaniki, elektrik və santexnika (MEP), eləcə də isitmə, havalandırma və kondisionerləşdirmə (HVAC) sistemlərini əhatə edən layihələndirmə sənədlərinin, tikinti planlarının, texniki təsvirlərin və spesifikasiyaların nəzərdən keçirilməsi və uyğunluğunun təhlil edilməsi;
  • Yeraltı kanalizasiya sistemlərinin layihəyə uyğun şəkildə montaj və quraşdırılmasının təşkili və nəzarətin təmin edilməsi;
  • MEP (mexaniki, elektrik və santexnika) bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq layihələrin inteqrasiyasına nəzarətin həyata keçirilməsi;
  • Normativ-texniki tələblərə uyğunluq baxımından layihə üzrə təkmilləşdirmə və düzəlişlərə dair təkliflərin hazırlanması;
  • Tikinti sahəsində texniki nəzarətin aparılması, sınaq və qəbul işlərinin koordinasiya edilməsi;
  • Quraşdırma zamanı texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq mühəndislik ixtisası üzrə);
  • Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
  • HVAC, su və kanalizasiya, qaz və isitmə sistemləri üzrə texniki biliklər;
  • Layihə sənədləri və çertyojlarla işləmə bacarığı;
  • AutoCAD proqramlarını yaxşı səviyyədə bilmək;
  • Komandada işləmə və koordinasiya qabiliyyəti.

Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını  Mexanika mühəndisi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily76
  • Weekly462
  • Monthly1555