Mühafizəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühafizəçi

  • Deadline 8 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • Müəssisədə giriş-çıxış rejiminə nəzarət etmək və əraziyə yalnız səlahiyyətli şəxslərin daxil olmasını təmin etmək;
  • Növbənin təhvil-təslimi zamanı mühafizə olunan əraziyə baxış keçirmək və mövcud vəziyyəti yoxlamaq;
  • Təyin edilmiş ərazidə mütəmadi patrul xidməti həyata keçirmək, təhlükəsizlik risklərini aşkar etmək və operativ tədbirlər görmək;
  • Ziyarətçilərin, podratçıların, nəqliyyat vasitələrinin və materialların giriş-çıxışını qeydiyyata almaq;
  • Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına uyğun operativ reaksiya vermək və rəhbərliyi dərhal məlumatlandırmaq;
  • Növbə təhvil-təslim prosesini düzgün icra etmək və müvafiq qeydləri aparmaq.

Tələblər:

  • Tam orta təhsil;
  • Boy minimum 175 sm;
  • "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur;
  • Təhlükəsizlik və ya mühafizə sahəsində minimum 1–3 il iş təcrübəsi (istehsalat və ya zavod mühitində təcrübəyə üstünlük verilir);
  • Fiziki təhlükəsizlik, giriş-çıxış rejimi və fövqəladə hallara operativ reaksiya üzrə praktiki təcrübə;
  • Fiziki hazırlıq normativlərini yerinə yetirmək bacarığı;
  • Giriş nəzarət sistemləri, CCTV və təhlükəsizlik prosedurları üzrə biliklər;
  • Diqqətlilik, məsuliyyətlilik, yüksək müşahidə qabiliyyəti və komanda ilə işləmək bacarığı.

Şirkət tərəfindən verilən imtiyazlar: Nahar;

Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını  “Mühafizəçi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily0
  • Weekly363
  • Monthly844