Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Şənbə - 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günləri;
- Əmək haqqı: Razılaşma yolu ilə
Tələblər:
- Təhsil : Ali təhsil
- İş təcrübəsi : Müvafiq sahədə minimum 3 il
- Dil biliyi: Rus dili biliyi mütləqdir
- Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Mühasib” məktubun mövzu hissəsində göstərməklə şəkilli CV- ləri Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və ya 051 535 20 87 nömrəsi ilə əlaqə saxlamğınız xahiş olunur.