CIBPay MMC müasir ödəniş həlləri və fintech xidmətləri təqdim edən innovativ ödəniş təşkilatıdır. Komandamıza peşəkar və məsuliyyətli “Aparıcı mühasib” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması
- Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması və təqdim olunması
- Bank və ödəniş təşkilatı əməliyyatlarının uçotu
- Gündəlik maliyyə əməliyyatlarına nəzarət
- Rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması
- Audit və yoxlama proseslərində iştirak
- Mühasibat proseslərinin optimallaşdırılması və daxili nəzarətin təmin olunması
Tələblər:
- Maliyyə, mühasibat və ya əlaqəli sahə üzrə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 3-5 il iş təcrübəsi
- Ödəniş təşkilatı, fintech və ya bank sektorunda təcrübə mütləqdir
- 1C proqramını yüksək səviyyədə bilmək
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər
- MS Office proqramlarında sərbəst işləmək
- Analitik düşüncə və məsuliyyətlilik
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük iş rejimi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.