CİBPay MMC CİBPay MMC
  • 399

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 2 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət, onun biznes fəaliyyətinə dəstək verən maliyyə sistemlərini idarə edə biləcək Baş Mühasib axtarır.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun aparılması, mühasibat sənədlərinin və əməliyyatlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılması və müvafiq jurnallara düzgün qeyd olunması;
  • Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün hazırlanıb təqdim edilməsi;
  • Prudensial hesabatların hazırlanması və təqdim olunması;
  • Rəhbərlik üçün menecment hesabatlarının hazırlanması;
  • Daxili nəzarət sisteminin qurulmasında iştirak;
  • Şirkətin maliyyə nəticələrinin təhlili, rəhbərliyə dövri maliyyə hesabatlarının təqdim olunması;
  • Mühasibat komandasının fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü təşkil etmək;
  • Audit yoxlamaları və digər nəzarət orqanlarının yoxlamaları zamanı şirkəti təmsil etmək;
  • Bank əməliyyatlarının, kassa və ödəniş intizamının nəzarətdə saxlanılması;
  • Şirkətin uçot siyasətinin hazırlanması və təkmilləşdirilməsi;
  • Gəlir və xərclərin uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin izlənməsi və tətbiq olunması.

Tələblər:

  • Ali təhsil (maliyyə, mühasibat, audit və ya əlaqədar sahə üzrə);
  • Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi, o cümlədən 2 il rəhbər vəzifədə;
  • Azərbaycan Respublikasının vergi, əmək, mühasibat uçotu və digər əlaqədar qanunvericilik aktlarını yaxşı bilmək;
  • Beynəlxalq mühasibat standartları (IFRS) barədə biliklər üstünlükdür;
  • Mühasibat proqramları (1C, Logo, SAP və s.) və MS Office proqramlarında yüksək bacarıq;
  • Analitik düşüncə, komandaya rəhbərlik etmə və qərarvermə bacarığı;
  • Məsuliyyətli, dəqiq və operativ işləmək qabiliyyəti.

Şəxsi keyfiyyətlər:

  • Liderlik bacarığı və təşkilatçılıq qabiliyyəti;
  • Yüksək məsuliyyət və işgüzarlıq;
  • Təhlil və problem həll etmə bacarığı;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Xətai plaza
  • İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət etmək istəyən namizədlərdən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərməyini xahiş edirik

  • Daily150
  • Weekly631
  • Monthly993