C CİBPay MMC
  • 595

Dəstək mühəndisi (Support Engineer)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dəstək mühəndisi (Support Engineer)

  • Deadline 19 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hesabat verir: Məhsullar üzrə Baş Direktor (Chief Product Officer)

CİBPAY komandamıza yüksək motivasiyalı və təcrübəli Dəstək mühəndisi (Support Engineer) axtarırıq. Axtardığımız namizəd texniki biliklərə malik olmalı, ödəniş əməliyyatları ilə bağlı yaranan problemləri operativ şəkildə analiz edib həll etmə bacarığına sahib olmalıdır. Eyni zamanda, həm komanda daxilində, həm də müstəqil şəkildə çalışaraq yüksək səviyyədə müştəri dəstəyi göstərməyə hazır olmalıdır.

Əsas vəzifələr:

  • Ödəniş sistemlərində yaranan nasazlıqların və problemlərin həlli
  • Proqram təminatı və sistemlərdəki xətaların monitorinqi və təhlili, səbəblərin müəyyən edilməsi və aradan qaldırılması
  • Müştərilərə texniki dəstəyin göstərilməsi
  • Texniki problemlərin həlli üçün mühəndislik komandası ilə sıx əməkdaşlıq
  • Texniki sənədlərin öyrənilməsi və daim yenilənməsi
  • İstifadəçi təlimatları və texniki sənədlərin hazırlanmasına dəstək
  • Sistem performansının izlənməsi və potensial problemlərin əvvəlcədən müəyyənləşdirilməsi
  • Zərurət olduqda problemlərin eskalasiyası
  • Ödəniş texnologiyalarındakı yeniliklərdən xəbərdar olmaq və bilikləri daim yeniləmək

Tələblər:

  • Kompüter elmləri, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (üstünlükdür)
  • Bank və ya maliyyə qurumlarında texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi
  • Ödəniş texnologiyalarına dair əsaslı biliklər
  • Analitik düşüncə və problem həll etmə bacarığı

Təklif etdiklərimiz:

  • Rəqabətə davamlı əmək haqqı (təcrübədən asılı olaraq 1500 – 2000 manat (net)
  • Müasir və innovativ fintech şirkətində çalışma imkanı
  • Əməkdaşlıq və dəstəyə əsaslanan iş mühiti
  • Şirkətin inkişafında və müştəri təcrübəsində real təsir yaratmaq fürsəti

Əgər siz də qabaqcıl bir fintech startup-da çalışmaq üçün motivasiyalı və təcrübəli namizədsinizsə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərməyinizi xahiş edirik.

  • Daily1
  • Weekly1
  • Monthly2211