Şirkətimizin marketinq və sosial media fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə komandamıza Reels Maker / Content Creator vəzifəsinə namizəd axtarılır.
Namizədə dair tələblər:
- Foto və video çəkiliş üzrə yüksək səviyyədə praktiki bacarıq;
- Video montaj və peşəkar edit proqramları ilə işləmək bacarığı;
- Instagram və TikTok platformalarının alqoritmləri və kontent xüsusiyyətləri barədə məlumatlılıq;
- Geyim və moda sektoruna maraq və bu sahədə inkişaf etmək istəyi;
- Kreativ düşüncə və yeni kontent ideyaları irəli sürmək bacarığı;
- Sosial media trendlərini izləmək və onları brendin konsepsiyasına uyğun tətbiq etmək bacarığı;
- Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.
Üstünlük veriləcək:
- Kamera qarşısında rahat və sərbəst çıxış etmək bacarığı;
- Yüksək təqdimat və kommunikasiya bacarığı;
- Geyim və ya retail sektorunda müvafiq iş təcrübəsi;
- Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.
Maraqlanan namizədlərdən CV və portfolio-larını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.