Namizədə tələblər:
- Dəzgahın istismarı ilə bağlı tələbləri müəyyən etmək;
- Dəzgahın hazırlanması prosesində istifadə ediləcək müvafiq alət, avadanlıq və materialları seçmək;
- Kəsici alətləri, ehtiyat hissələrini və ya dəzgah əlavə edilən materialları yoxlamaq;
- İstismardan əlavə avadanlığı yoxlamaq;
- Maksimum səmərəlilik səviyyəsinin əldə edilməsi və iş tapşırığının yerinə yetirilməsi baxımından əməliyyatların ardıcıllığını müəyyən etmək;
- Məhsulları emal etmək üçün tələb olunan metodları və əməliyyatların ardıcıllığını, habelə məhsulun ölçüləri və parametrlərini müəyyən etmək üçün ilkin detallar, cizgilər və texniki tələbləri öyrənmək;
- Torna əməliyyarı üçün materialları düzgün şəkildə qoymaq;
- İstismar prosedurlarına və istehsalçının texniki şərtlərinə uyğun olaraq dəzgahı işə salmaq, işlətmək və söndürmək;
- Dəzgahı təmizləmək və yağlamaq, eləcə də yağlar, pas, ləkələr və kənar elementləri götürmək;
- İstismar zamanı dəzgahın işinə və sürətinə nəzarət etmək;
- Mikrometr və s. bu kimi dəqiq cihazlardan istifadə etməklə qüsurların olub-olmadığını aşkar etmək və texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə tamamlanmış hissələri ölçmək, yoxlamaq və ya test etmək;
- Lazımi şəkildə yağlanmasını və ya soyumasını təmin etmək məqsədi ilə emal olunan detalı yoxlamaq
İş barədə məlumat:
- Ərazi: Abşeron rayonu Məmmədli qəsəbəsi,
- Fəaliyyət sferasi; Kabel istehsalı və elektrik məhsullarının topdan satışı
- Əmək haqqı 700 - 800 azn
- Həftədə 1 gün istirahət günü
- Rəsmi əmək müqaviləsi, tam ştat
Vakansiyaya uyğun olan namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.