Şirkətimizə peşəkar və məsuliyyətli Mühasib axtarılır.
Namizədə tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi;
- Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
- 1C və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Vergi orqanları ilə iş təcrübəsi;
- Vergi və digər məcburi hesabatların müstəqil hazırlanması və təqdim edilməsi;
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin gündəlik mühasibat əməliyyatlarının aparılması;
- İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
- Vergi, DSMF, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
- Vergi orqanları ilə yazışmaların və müvafiq əməliyyatların aparılması;
- Vergi və maliyyə öhdəliklərinin vaxtında icrasına nəzarət;
- Mühasibat sənədlərinin düzgün uçotunun və arxivləşdirilməsinin təmin edilməsi.
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən, müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Mühasib qeyd olunmalıdır.