Claradix komandası olaraq brendlərin səsini düzgün qura bilən, fikri təsirli sözə çevirən və auditoriya ilə əlaqə yaradan Copywriter axtarırıq.
Vəzifələr:
- Müxtəlif brendlər üçün uyğun tone of voice formalaşdırmaq və tətbiq etmək
- Sosial media üçün caption, reklam mətni və kampaniya ideyaları hazırlamaq
- CTA yönümlü, nəticə verən satış və reklam mətnləri yazmaq
- Kreativ komanda ilə birlikdə kontent ideyaları, ssenarilər və konseptlər üzərində işləmək
- Mövcud mətnləri optimizasiya etmək və performansa uyğun yeniləmək
Tələblər:
- Azərbaycan dilində güclü yazı və ünsiyyət bacarığı
- Kreativ düşüncə və brend hissiyatı
- Satış psixologiyası və reklam məntiqi üzrə anlayış
- Minimum 1 il təcrübə (agentlik və ya korporativ təcrübə üstünlükdür)
- Portfolio mütləqdir
- İngilis dili və rus dili biliyi üstünlükdür
İş şərtləri:
- Ofis daxili iş formatı
- Ünvan: Bakı, Azure Business Center
- İş saatı: 10:00 – 18:00
- Peşəkar və yaradıcı komanda mühiti
- Fərqli sahələrdən olan brendlərlə işləmək və inkişaf imkanı
Müraciət:
CV və portfolio-nuzu mövzu hissəsində Copywriter qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.