Cleverest Academy komandası olaraq, Çin dili sahəsində bilikli, öyrətməyi sevən və tədrisə məsuliyyətlə yanaşan təcrübəli və dinamik müəllim axtarırıq.
Namizəddən gözlənilir:
- Fərqli yaş qrupları ilə işləmək bacarığı
- Açıqfikirlilik, əməkdaşlığa meyillilik və adaptasiya qabiliyyəti
- Tədrisə yaradıcı yanaşmaq və dərs keyfiyyətinə önəm vermək
- Çin dilində yüksək səviyyə (HSK üstünlükdür)
- Müəllim kimi təcrübə arzuolunandır
Vəzifə öhdəlikləri:
- Çin dili dərslərinin planlaşdırılması və keçirilməsi
- Tələbələrin inkişafının izlənilməsi və qiymətləndirilməsi
- Müasir tədris metodlarının tətbiqi
- Tələbələrlə effektiv ünsiyyət qurmaq
Biz təklif edirik:
- Sağlam və peşəkar mühit
- Əməkdaşlıq və inkişaf imkanları
- Qrafik və saatlar qarşılıqlı razılaşma əsasında müəyyən olunur
Maraqlanan şəxslər CV-lərini Müraciət Et düyməsində gösərilən elektron poçt ünvanına göndərə bilər. Əlaqə yalnız seçilmiş namizədlərlə saxlanılacaq.