İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.
İş rejimi:
- I–V günlər: Tam iş günü (08:30-dan 17:30-dək)
- Şənbə: Natamam iş günü (saat 08:30-dan 13:30-dək)
- Bazar: İstirahət günü
Climaservice Baku MMC — iqlimləndirmə və havalandırma sistemlərinin satışı, quraşdırılması və servis xidməti üzrə ixtisaslaşmış etibarlı mühəndislik şirkətidir.
Vəzifə öhdəlikləri:
- Rəsmi sənədlərin qəbulu, göndərilməsi, qeydiyyatı, arxivləşdirilməsi və sənədləşmə işlərində şöbələrə dəstək
- Elektron qaimə-fakturaların qeydiyyatı
- ERP proqramında məlumatların daxil edilməsi (proqram işə başladıqdan sonra öyrədiləcək)
- Qonaqların qarşılanması, onlara çay-qəhvə təqdim edilməsi və telefon zənglərinin cavablandırılması
- Ofis əşyalarının və təchizatının idarə edilməsi, ofisdə səliqə-sahmana nəzarət
- Ofis iclaslarının və tədbirlərinin təşkil edilməsi
- Şirkət rəhbərliyinin görüşlərinin və iş qrafikinin təşkilinə dəstək göstərilməsi
- Rəhbərliyin tapşırıqlarının icrası və aidiyyəti şöbələrə çatdırılması
Namizədə tələblər:
- Xanım namizədlər
- Ali təhsil (texniki sahədə olması arzuolunandır)
- Xarici dil biliyi üstünlükdür (rus, ingilis)
- MS Office proqramlarından (xüsusilə Word və Excel) istifadə bacarığı
- Səliqəli, diqqətli və məsuliyyətli olmaq
- Ünsiyyətcil, nəzakətli və komanda ilə işləməyi bacarmaq
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi
- ERP proqramı və sənəd dövriyyəsi üzrə öyrədilmə
- Əmək haqqı: 600-700 AZN
- Peşəkar inkişaf və karyera artımı imkanı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “Ofis İnzibatçısı” qeyd edilməlidir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.