İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi
- İş yalnız ofis daxilində həyata keçirilir
Əsas vəzifələr:
- HVAC (istilik, havalandırma və kondisionerləşdirmə) sistemlərinin BOQ-ların hazırlanması və qiymətləndirilməsi
- Müştəri tələblərini analiz etmək, uyğun məhsul və həlləri təklif etmək
- ERP sistemində layihə ilə bağlı məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək
- Layihələrin gedişatını izləmək və hesabatların hazırlanmasına dəstək vermək
- Tapşırıqların yerinə yetirilmə müddətinə nəzarət etmək və gecikmələri izləmək
- Təchizat və podratçılarla ilkin əlaqə və yazışmaların təşkili
- Tender sənədlərinin hazırlanmasında iştirak
- Satış sonrası müştəri dəstəyi və əlaqələrin idarə olunması
Tələblər:
- HVAC sistemləri sahəsində iş təcrübəsi
- HVAC avadanlıqları və sistemləri barədə texniki biliklər
- Azərbaycan dili – əla, İngilis dili – minimum B1 səviyyəsində
- Microsoft Excel üzrə yüksək səviyyədə biliklər (məlumatların təhlili, cədvəllər, hesabatlar)
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Komandada işləmə və təzyiq altında qərarvermə bacarığı
DİQQƏT: Ancaq tələblərə uyğun namizədlərin müraciətləri dəyərləndiriləcəkdir.
Təklif etdiklərimiz:
- Rəqabətə uyğun əmək haqqı
- Satış nəticələrinə əsasən bonus sistemi
- Daimi təlim və inkişaf imkanları
- Peşəkar və dost mühitdə iş imkanı
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “HVAC Satış Mütəxəssisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərə bilərsiniz.