İş şəraiti:
- İş yeri: Bakı,Cəfər Xəndan 50
- İş rejimi: Tam ştat,5 günlük iş (şənbə və bazar istirahət), İş saatı - 09:00-18:00
Əsas tələblər:
- Böyük miqyaslı GIS və GPON FTTH layihələrini əlaqələndirmək, onların vaxtında və büdcə daxilində tamamlanmasını təmin etmək
- Layihə komandalarını idarə etmək, fəaliyyətlərini istiqamətləndirmək və vəzifələri bölüşdürmək
- Mürəkkəb texniki məsələlər üzrə məsləhətlər vermək və komandaları problem həllində dəstəkləmək
- Layihələr üçün texniki standartlar və iş prosesləri hazırlamaq, onların tətbiqinə nəzarət etmək
- Mövcud GPON FTTH şəbəkələrinin performansını analiz etmək və optimallaşdırma təklifləri vermək
- GIS analizləri aparmaq və coğrafi məlumatları strateji qərarların verilməsində istifadə etmək
- Regional sahələrlə müntəzəm əlaqə saxlayaraq ehtiyaclara uyğun həllər təqdim etmək
- Sahə tədqiqatlarını həyata keçirmək və coğrafi məlumatların toplanmasına rəhbərlik etmək
- Şəbəkə quraşdırmaları və GIS işlərini nəzarətdə saxlamaq, yerində yoxlamalar aparmaq
- Tikinti layihələri üzrə KMZ verilənlər formatı ilə işləmək, Fiziki Resursların İcmalı proqramına inteqrasiya etmək
- OSS layihəsi çərçivəsində müəyyən tapşırıqların bölüşdürülməsi və nəzarəti
- Google Earth və GIS platformalarında xəritələşdirmə, şəbəkə dizaynı və optimallaşdırılması
- AutoCAD proqramında optik liflərin montaj sxemlərinin hazırlanması
- GIS sistemlərində verilənlərin idarə olunması və optimallaşdırılması
- Layihəyə dair texniki sənədlərin hazırlanması (planlar, spesifikasiyalar və s.)
- Optik avadanlıqların və montaj sxemlərinin izlənməsi və texniki tədqiqatların aparılması
Tələblər:
- Müvafiq sahədə ali təhsil - (İnformasiya Texnologiyaları)
- GPON FTTH və GIS sahəsində təcrübə (ən azı 2 il)
- AutoCAD, Google Earth, GIS proqramları ilə işləmək bacarığı
- Analitik düşüncə və texniki qərarvermə bacarığı
- Komanda ilə işləmək və liderlik bacarıqları
- Məsuliyyətli, nəticəyönümlü və təşəbbüskar olmaq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Müraciət üçün: CV-nizi “Layihə üzrə Mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərin.