Vəzifələr:
- Clopos məhsullarının funksiyalarını izah edən video dərslər və yazılı təlim materialları hazırlamaq
- Ssenarilərin yazılması, çəkiliş və montaj prosesində iştirak
- Təlim materiallarının daim yenilənməsi və istifadəçi suallarına uyğunlaşdırılması
- Clopos proqram təminatını yüksək səviyyədə öyrənmək və materiallarda tətbiq etmək
Tələblər:
- Oxşar sahədə təcrübə və ya portfolyo
- Yaş həddi 21-35
- Azərbaycan (mütləq), ingilis və ya rus dillərində səlis danışıq və yazı bacarığı
- Aydın izah və vizual təqdimetmə bacarığı
- Video redaktə alətləri ilə ilkin anlayış (Adobe Premiere, Canva Video, CapCut və s.)
- Yeni proqramları tez öyrənmək və mənimsəmək bacarığı
Üstünlüklər:
- Təlim dizaynı və pedaqoji metodika üzrə biliklər
- Motion graphics və animasiya proqramlarından istifadə bacarığı
İş şəraiti
- İş yeri: Bakı və ya remote
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Rəqabətədavamlı
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı
- Peşəkar, dostyana və dəstəkverici komanda
- Müasir ofis və ya remote iş imkanı
- Karyera inkişafı və yaradıcı layihələrdə iştirak fürsəti
Hazırsan?
- Əgər sən də məlumatı vizual və aydın şəkildə təqdim etməyi sevirsənsə, ingilis və ya rus dillərində səlis danışır və yazırsansa, yeni proqramları tez mənimsəyirsənsə və istifadəçilərə real dəyər qatmaq istəyirsənsə, Clopos MMC komandamıza qoşul!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.