Clover Leaders Academy MMC Clover Leaders Academy MMC
  • 174

HR / İnsan resursları Təlimçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

HR / İnsan resursları Təlimçi

  • Истекает 15 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Clover Leaders Academy MMC — insan resurslarının idarə edilməsi sahəsində bilik və təcrübəsini paylaşaraq yeni nəsil HR mütəxəssislərinin inkişafına töhfə vermək istəyən təlimçiləri komandamıza dəvət edir.

Vəzifə öhdəlikləri:

  • İnsan resurslarının idarə edilməsi üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
  • Tədris materiallarının hazırlanması və mütəmadi yenilənməsi;
  • Əmək qanunvericiliyi və HR prosesləri üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi;
  • ƏMAS, Əmək Müqaviləsi Bildirişi, İSB, e-Taxes və digər HR alətləri üzrə praktiki təlimlərin keçirilməsi;
  • İşə qəbul və seçim prosesləri, vakansiyanın hazırlanması, CV-lərin qiymətləndirilməsi və müsahibə mərhələləri üzrə praktiki biliklərin öyrədilməsi;
  • Əmək müqavilələri, məzuniyyətlər, əmrlər, ştat və tabel üzrə kadr inzibatçılığı proseslərinin izah edilməsi;
  • Praktiki tapşırıqlar, real iş situasiyalarına uyğun nümunələr və case-lərin hazırlanması;
  • Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Təlim iştirakçılarının suallarının cavablandırılması və tədris prosesində onlara dəstək göstərilməsi;
  • Əmək qanunvericiliyində və HR sahəsində baş verən yeniliklərin izlənilməsi və tədris materiallarında nəzərə alınması.

Namizədə tələblər:

  • İnsan resursları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • HR və kadr inzibatçılığı sahəsində praktiki iş təcrübəsi;
  • Əmək qanunvericiliyi və əsas HR prosesləri üzrə yaxşı bilik;
  • ƏMAS, İSB, e-Taxes və digər HR sistemləri ilə işləmə bacarığı;
  • Təlim keçmək və mürəkkəb mövzuları aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Məsuliyyətli və sistemli iş prinsipi;
  • Komandada işləmək bacarığı;
  • MS Office proqramları, xüsusilə Word və Excel üzrə yaxşı bilik;
  • HR üzrə təlimçi kimi əvvəlki iş təcrübəsinin olması üstünlükdür.

İş qrafiki: Razılaşma əsasında

Əməkhaqqı: Faiz sistemi əsasında müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlərMüraciət zamanı e-mailin mövzu hissəsində “HR təlimçi” qeyd olunması xahiş olunur.

Əlaqə nömrəsi: 051 932 75 25

  • Daily64
  • Weekly317
  • Monthly1411