Kimyaçı-Texnoloq (İstehsalat sahəsi – Toz məhsullar)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kimyaçı-Texnoloq (İstehsalat sahəsi – Toz məhsullar)

  • Истекает 18 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • Ünvan: Abşeron rayonu a.ağı güzdək qəsəbəsi.
  • Sahə: Sement, beton qatqıları, mineral toz məhsulları və s.
  • Əmək haqqı: 1000 – 2000 AZN (bilik və bacarıqlara əsasən)

Vəzifə öhdəlikləri:

  • Toz əsaslı kimyəvi məhsulların (sement, beton qatqıları, mineral qarışıqlar və s.) texnoloji prosesinin idarə olunması;
  • İstehsalat resepturalarının hazırlanması və optimallaşdırılması;
  • Xammalın düzgün seçilməsi və laborator nəzarətin aparılması;
  • Məhsul keyfiyyətinin standartlara uyğunluğuna nəzarət;
  • Texnoloji xəttdə yaranan problemlərin təhlili və həlli;
  • Yeni məhsulların hazırlanması və sınaqdan keçirilməsi;
  • Avadanlıqların düzgün və təhlükəsiz işləməsinə nəzarət;
  • İstehsalat proseslərinin sənədləşdirilməsi və hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Ali təhsil (Kimya, Kimya mühəndisliyi, Materialşünaslıq və ya uyğun sahə);
  • Toz məhsullarla (sement, beton, qatqılar və s.) işləmək üzrə təcrübə arzuolunandır;
  • Texnoloji prosesləri anlamaq və analiz etmək bacarığı;
  • Laboratoriya avadanlıqları ilə işləmək təcrübəsi;
  • Məsuliyyətli, diqqətli və nəticə yönümlü olmaq;
  • Komanda ilə işləmək bacarığı.

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi;
  • 1000 – 2000 AZN əmək haqqı (real bilik və təcrübəyə görə);
  • Nahar və servis xidməti;
  • Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq;
  • Peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Mob: +994 10 250 54 07 (Orxan Cavadzadə İnsan Resursları üzrə Menecer)

  • Daily13
  • Weekly590
  • Monthly1886