Digital Marketinq üzrə Təlimçi

  • Deadline 14 September 2026

İşin təsviri:

 

Tədris Akademik partnyoru olduğumuz, İrlandiya mərkəzli Digital Marketing Institute-un proqramı əsasında hazırlanmışdır.

Vəzifə öhdəlikləri:

  • Tələbələrin suallarını cavablandırmaq və onlara praktiki tapşırıqlarda dəstək olmaq;
  • Dərs prosesində müasir marketinq strategiyalarını və real layihələrdən nümunələri paylaşmaq;
  • Tələbələrlə birlikdə real rəqəmsal marketinq kampaniyalarının planlanması və icrasına nəzarət etmək;
  • Tələbələrin gələcəkdə istifadə edə biləcəkləri praktiki işlərdən ibarət portfolionun hazırlanmasına dəstək vermək;
  • Tələbələrin təqdim etdiyi işlərin qiymətləndirilməsi və onlara konstruktiv rəy vermək.

Tələblər

Təkliflərimiz:

  • Peşəkar heyəti ilə professional formada inkişaf etdirəcək iş mühiti;
  • Yerli və xarici ekspertlərlə birgə iş təcrübəsi;
  • Modern/ kreativ üslubda iş şəraiti;
  • Karyera irəliləyişlərində hamıya bərabər olan yeni imkanlar;
  • Bilikləri paylaşmağa açıq olan gənc və dinamik komanda;
  • Müasir texnologiyalardan istifadə etmək imkanı;
  • Rəqabətə davamlı əmək haqqı.

Namizədə Tələblər:

  • Rəqəmsal marketinq sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • Google Ads, Meta Ads, SEO və Google Analytics ilə uzunmüddətli və praktiki iş təcrübəsi və yüksək məbləğdə reklam büdcəsinin səmərəli idarə olunması bacarığı;
  • Mütəxəssis biliklərini tələbələrə sadə və anlaşıqlı şəkildə çatdırmaq bacarığı;
  • Müasir təqdimat vasitələrindən istifadə etməklə təlim materiallarını maraqlı və təsirli formada təqdim etmək bacarığı.

Əlavə məlumat:

  • Dərs saatları həftəiçi səhər saatları (9:00 - 12:45) olaraq nəzərdə tutulur;
  • Beynəlxalq sertifikata (DMI) malik olan namizədlər üstünlükdür;
  • Akademik təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Vakansiya növü - Yarım ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly575
  • Monthly1173