Frontend Developer (middle)

  • Истекает 16 октябрь 2025

Təsvir

  • Tərəfdaş şirkətimiz üçün aşağıdakı tələblər üzrə Frontend Developer (middle) axtarırıq.
  • Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür!

Səni nələr gözləyir?

  • Ən son texnologiyalarla real təcrübə – müasir arxitekturaya malik layihələrdə kod yazacaq, texnologiyanı tətbiq edərək təcrübəni genişləndirəcəksən.
  • Daim inkişaf üçün şərait – təlimlər, strukturlaşdırılmış inkişaf planları və bilik paylaşımı ilə hər addımda bacarıqlarını artıracaqsan.
  • Texnologiyanı sevən komanda – öyrənməyə açıq, təşəbbüskar və innovasiyaya yönəlmiş komanda ilə birlikdə çalışacaqsan.
  • Qlobal yanaşma və təcrübə – beynəlxalq layihələrdə yer alaraq daha geniş miqyasda düşünmə və tətbiq etmə bacarığı qazanacaqsan.

Texnologiyalar:

  • React JS & React Native
  • JavaScript, TypeScript
  • Redux, Context API
  • RESTful API inteqrasiyası
  • AsyncStorage / SQLite
  • Azure Cloud: Data Factory, Functions, Logic Apps
  • Kubernetes, SQL, Cosmos DB
  • CI/CD – App Store & Play Store deployment

 Səndən gözlənilən bacarıqlar:

  • Performans optimizasiyası və responsive UI
  • Native Modules və Bridging təcrübəsi
  • Debugging və testləşdirmə alətləri
  • OWASP təhlükəsizlik standartlarına uyğunluq

Namizəddən gözlənilən:

  • Frontend üzrə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan dili - ana dili, İngilis dili - danışıq və texniki sənədlərlə işləmə səviyyəsində.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 3-4 il
  • Təhsil - Orta təhsil
  • Əmək haqqı Min.3500 - AZN

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily62
  • Weekly170
  • Monthly534