Game Design tədrisi üzrə müəllim

  • Истекает 19 апрель 2025

İşin təsviri:

Uşaqlara oyun yaratmağı öyrətmək istəyirsiniz? 12-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş Game Design tədris proqramımız üçün müəllim namizədləri axtarırıq! Bu proqram, gənclərin yaradıcı düşüncə, problem həll etmə və texniki bacarıqlarını inkişaf etdirməsinə kömək etməyi hədəfləyir. Müəllim olaraq, şagirdlərə oyun sənəti, vizual dizayn və süni intellekt dəstəyi ilə məzmun yaradılması mövzusunda rəhbərlik edəcəksiniz.

Kimləri Axtarırıq?

  • Uşaqlara tədris verməkdə təcrübəli və ya bu sahəyə maraqlı olan;
  • Oyun inkişafı və ya oyun sənəti sahəsində əsas biliklərə sahib;
  • Süni intellekt dəstəyi ilə vizual məzmun yaratma alətləri haqqında məlumatlı və ya öyrənməyə açıq;
  • Yenilikçi, yaradıcı düşünən və öyrənməyə həvəsli;
  • Effektiv ünsiyyət bacarıqlarına və sinif idarəetmə qabiliyyətinə malik biri.

Tələblər

  • Ali təhsil;
  • Adobe Photoshop-un əsas səviyyədə biliklərinə sahib olmaq (Oyun elementlərini redaktə etmək üçün);
  • Midjourney, Stable Diffusion və ya oxşar AI alətlərini istifadə bacarığı;
  • Oyun yaradılması sahəsində təcrübəyə sahib olmaq (Art və ya Development istiqamətində ola bilər);
  • Rəqəmsal məzmun yaradılışı və vizual dizayn prosesləri ilə ilkin anlayışı olan biri.

Təklif Etdiyimiz İmkanlar

  • Müəllim təlimləri və bələdçi sənədləri təqdim olunacaq;
  • Oyun yaradılışı sahəsində peşəkar bir təhsil komandasının üzvü olmaq imkanı;
  • Süni intellektlə məzmun yaradılması sahəsində inkişaf fürsəti;
  • Yerli və xarici ekspertlərlə birgə iş təcrübəsi;
  • Modern/ kreativ üslubda iş şəraiti;
  • Karyera irəliləyişlərində hamıya bərabər olan yeni imkanlar;
  • Müvafiq olaraq daxili və xarici bazarlarda təlimdə iştirak imkanları;
  • Bilikləri paylaşmağa açıq olan gənc və dinamik komanda;
  • Müasir texnologiyalardan istifadə etmək imkanı;

Vakansiya haqqında

  • Vakansiya növü - Yarım ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Bakalavr
  • Daily10
  • Weekly418
  • Monthly1611