Video Məzmun Yaradıcısı / Mobiloqraf

  • Deadline 12 March 2026

Təsvir

  • Dinamik və kreativ komandamıza vizual hekayə anlatmağı bacaran və trendləri sürətlə kontentə çevirən Video Məzmun Yaradıcısı / Mobiloqraf axtarırıq. Video Məzmun Yaradıcısı / Mobiloqraf olaraq kontentin ideyasından tutmuş yayımlanmasına qədər bütün prosesi aktiv şəkildə idarə edəcəksən.

Vəzifə öhdəlikləri:

  • Foto və video çəkilişlərini tam müstəqil şəkildə həyata keçirmək;
  • Kadr planlaması, kompozisiya, işıq qurulması və sahədə operativ çəkiliş proseslərini idarə etmək;
  • Çəkilmiş materialların mobil video montaj alətləri (CapCut və s.) vasitəsilə peşəkar şəkildə hazırlanması;
  • Reels, TikTok və YouTube Shorts formatlarına uyğun yüksək keyfiyyətli videoların hazırlanması;
  • Sosial media trendlərini davamlı olaraq izləmək və onları brend strategiyasına uyğun kontent formasında təqdim etmək;
  • Kontent ideyasnın formalaşdırılmasından onun istehsalına qədər bütün mərhələlərdə aktiv iştirak etmək;
  • Komanda ilə koordinasiyalı işləmək və brendin tonuna uyğun kontent istehsalını təmin etmək.

Tələblər

  • Müvafiq sahə üzrə təhsil;
  • Mobil telefon vasitəsilə professional foto və video çəkiliş bacarığı (kadr, bucaq, işıq quruluşu);
  • CapCut və/və ya Adobe Premiere Pro proqramlarında video montaj və əsas rəng korreksiyası bacarığı;
  • Reels / TikTok / YouTube Shorts formatları üzrə texniki tələbləri (ölçü, müddət, safe zone) bilmək;
  • Video export və platformalara uyğun formatlama bacarığı;
  • Güclü vizual estetika duyumu (rəng, ritm, kompozisiya və storytelling strukturu);
  • Kreativ düşüncə və vizual hekayə qurma bacarığı;
  • Dinamik iş mühitində operativ işləmək bacarığı;
  • Komanda üzvləri ilə açıq və effektiv ünsiyyət, əməkdaşlığa meyilli yanaşma;
  • Verilmiş tapşırıqların vaxtında və nəticəyönümlü icrası;
  • Rəy və fikirlərə açıq olmaq, dəyişikliklərə tez uyğunlaşmaq;
  • Sahə üzrə yenilikləri və trendləri mütəmadi izləmək və praktikada tətbiq etmək;
  • Komanda daxilində koordinasiyalı işləmək, zərurət yarandıqda digər komanda üzvlərinə istiqamət vermək;
  • Təcili vəziyyətlərdə operativ qərar vermək və problem həllinə fokuslanmaq.

Qeyd: Bu vəzifə tam ştat (full-time) iş rejimini nəzərdə tutur.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily90
  • Weekly594
  • Monthly1281