CODEV Təlim Mərkəzi komandasına yeni üzv axtarır. Əgər ünsiyyətcil, məsuliyyətli və satışa maraqlısınızsa, sizi komandamıza dəvət edirik.
İş yeri: Bakı, Cəfər Cabbarlı 44
Əmək haqqı: müsahibə zamanı razılaşdırılır / məbləğ
Əsas vəzifələr:
- Kurslarla bağlı daxil olan müraciətlərin cavablandırılması
- Potensial tələbələrlə əlaqə saxlanılması və satış prosesinin həyata keçirilməsi
- Tələbə qeydiyyatının aparılması
- Ofisin gündəlik işinin təşkil olunması
- Dərs qrafiklərinin və ödənişlərin izlənilməsi
Namizədə tələblər
- Yüksək ünsiyyət və satış bacarıqları
- Məsuliyyətli və nəticəyönümlü olmaq
- Təşkilatçılıq və çoxişlilik bacarığı
- Satış sahəsində təcrübə üstünlükdür
Biz təklif edirik
- Peşəkar və dostcanlı komanda
- Karyera və inkişaf imkanları
- Təlim sektorunda təcrübə qazanmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Email-in mövzu hissəsində “Office Manager / Sales Coordinator” qeyd edin.