“Coffeemania” Group “Supervayzer” vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
- İşçilərin davamiyyətini yoxlamaq;
- Gün ərzində xidmətin davamlı keyfiyyətini təmin etmək;
- İşçilərin forma, nizam-intizam, davranış və korporativ standartlara riayət etmələrinə nəzarət etmək;
- Yeni əməkdaşların işə adaptasiya prosesində iştirak etmək, Şöbədə ilkin təlimlər keçərək onların vəzifə öhdəliklərinə uyğun işləmələrini təmin etmək;
- İşçilərin vəzifə təlimatlarını düzgün şəkildə yerinə yetirmələrinə nəzarət etmək.
- Qonaqların rahatlığı və keyfiyyətli zaman keçirtməkləri üçün şərait yaradılmasına nəzarət etmək;
- Qonaqların istəklərinin düzgün şəkildə qarşılanıb yerinə yetirilməsini təmin etmək;
- Restoran daxilində hər bir qayda qanuna riayət edilməsini təmin etmək;
- Gündəlik və həftəlik işlərinin icrası ilə bağlı hesabatlar hazırlamaq və Şöbə Rəhbərinə təqdim etmək;
- Əməkdaşların gündəlik iş bölgüsünü təşkil etmək, tapşırıqları müəyyənləşdirmək və onların vaxtında, düzgün və tam icrasına nəzarət etmək;
- Rəhbərliyin tapşırıqlarını icra etmək.
Namizədə dair tələblər:
- Restoran sektorunda 2–3 il Supervayzer təcrübəsi;
- MS Office bilikləri;
- Komanda ilə işləmək və idarəetmə bacarığı;
- Məsuliyyətli, operativ və nizam-intizamlı olmaq;
- Stressə davamlılıq və problem həll etmə bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür).
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Nahar Şirkət tərəfindən qarşılanır;
- Əmək haqqı: 900-1100 AZN;
- İş yeri - Ağ şəhər;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Supervayzer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.