Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri

  • Deadline 18 Aprel 2026

Vəzifə öhdəlikləri: 

  • Cəmiyyətdə “Keyfiyyət idarəetmə sisteminin” qurulması, işlək vəziyyətdə saxlanması və təkmilləşdirilməsi; 
  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin  siyasətini qurmaq və onun icrasına bialvasitə nəzarət etmək; 
  • Cəmiyyətdə  keyfiyyətin və SƏTƏM-in idarə olunması sisteminin sənədləşdirilməsinə, sənədlərin işlək vəziyyətdə saxlanmasına və tətbiqinə rəhbərlik etmək; 
  • Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində Cəmiyyətinin keyfiyyət və əmək təhlükəsizliyi sahəsində siyasəti və məqsədlərinin realaşdırılmasına nəzarət etmək; 
  • Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində qüvvədə olan beynəlxalq və yerli standartların tələblərinə riayət olunmasına nəzarət etmək; 
  • KİS və SƏTƏM-in tətbiqinin səmərəliliyini vaxtaşırı dəyərləndirmək və bu barədə hesabat hazırlayıb cəmiyyətinin  direktoruna təqdim etmək; 
  • KİS-in fəaliyyətinin nəticələrini gözdən keçirmək və dəyərləndirmək üçün müvafiq toplantıların keçirilməsini təmin etmək; 
  • Cəmiyyətdə yekun işin keyfiyyətinə təsir edə biləcək funksiyların, proseslərin uyğunluğuna, yoxlama üsullarının düzgün seçilməsinə, düzgün  və  vaxtında tətbiqinə, müvafiq qeydlərin aparılmasına nəzarət etmək; 
  • Uyğun olmayan xidmətin təsbit edilməsi, təhlili və bir daha təkrarlanmaması şərtiylə uyğunsuzluğun aradan qaldırılması üçün aparılan düzəldici fəaliyyətləri izləmək; 
  • Sifarişçilərin  tələblərinin nəzərə alınmasına nəzarət etmək, onların irad və təkliflərinin qiymətləndirilməsini  və nəzərə alınmasına nəzrət etmək; 
  • KİS-in tətbiqinin nəticələrini müvafiq şəkildə təhlil edərək, cəmiyyətdə KİS-in davamlı təkmilləşdirmə imkanlarını  müəyyənləşdirmək; 
  • Düzəldici və önləyici fəaliyyətlərin tətbiqini təmin etmək və səmərəliliyini yoxlamaq; 
  • Keyfiyyət və SƏTƏM üzrə qeydlərin aparılmasına, sənədləşdırılməsinə, işlək vəziyyətdə saxlanmasına  və  s; nəzarət etmək; 
  • Cəmiyyətdə keyfiyyət və SƏTƏM üzrə daxili auditləri təşkil etmək, audit nəticəsində müəyyənləşdirilmiş zəruri düzəldici fəaliyyətlərin səmərəli tətbiqini yoxlamaq;; 
  • Təlimə (treninqə) olan ehtiyacları müəyyənləşdirməsi və müvafiq təlimlərə göndərilməsinə nəzarət etmək; 
  • Təlim planının təsirli şəkildə həyata keçirilməsini və təlimdənsonrakı qiymətləndirmələrinə nəzarət etmək; 
  • Cəmiyyətin KİS-in və SƏTƏM prosedurlarını, keyfiyyət üzrə rəhbərliyi, təlimatları, formaları hazırlamaq, təsdiqlətmək və paylamaq; 
  • Cəmiyyətin prosedurlarına görə aidiyyatı şəxslərin üzərlərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət etmək; 
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir; 
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir; 
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir; 
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir; 
  • İldə bir dəfədən az olmadan keyfiyyət və SƏTƏM idarəetmə sisteminin işlək vəziyyətinin yoxlanması üçün daxili audit keçirtmək.

Namizədə dair tələblər:

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • SƏTƏM üzrə müvafiq sertifikatlar;
  • MS office proqramlarında işləmə bacarığı;
  • Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik , Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər;
  • SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı;
  • İSO 9001:2015 İSO 14001:2015 İSO 45001 standartlar üzrə daxili auditor sertifikatları.

İş şərtləri:

  • İş yeri: Ələt Limanı;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 08:00 - 17:00;
  • Nahar yeməyi və servis şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.

  • Daily101
  • Weekly442
  • Monthly1572