AI Meneceri

  • Истекает 20 май 2026

Vəzifə öhdəlikləri: 

  • Şirkətin və müştərilərin biznes proseslərinə uyğun süni intellekt (AI) həllərinin dizaynı, proqramlaşdırılması və tətbiqi
  • AI modellərinin və alətlərinin mövcud sistemlərə birbaşa inteqrasiyası (API, backend və s.)
  • Müxtəlif AI platformaları və xidmətləri (LLM, automation tools və s.) ilə praktiki işləmə və inteqrasiyaların qurulması
  • Mövcud sistemlərə AI əsaslı avtomatlaşdırma və ağıllı iş axınlarının (workflows) özünün qurulması və optimallaşdırılması
  • REST API, webhook və digər interfeyslər vasitəsilə AI modelləri ilə daxili və xarici sistemlər arasında məlumat mübadiləsinin təmin edilməsi
  • AI həllərinin performansının monitorinqi, optimallaşdırılması və texniki dəstəyinin təmin olunması
  • Texniki qərarların verilməsi və AI istiqamətinin inkişafına rəhbərlik (hands-on yanaşma ilə)
  • Müştərilərə və daxili komandaya AI alətlərinin istifadəsi üzrə texniki dəstək və yönləndirmə
  • Yeni AI texnologiyalarının araşdırılması və praktiki tətbiqinin həyata keçirilməsi

Tələblər:

  • AI/ML modelləri və platformaları ilə praktiki iş təcrübəsi (hands-on)
  • Ən azı bir proqramlaşdırma dili üzrə yaxşı səviyyədə bilik və real tətbiq təcrübəsi
  • REST API, webhook və məlumat bazaları ilə işləmə təcrübəsi
  • Sistem inteqrasiyası və arxitektura anlayışı
  • Problemləri texniki səviyyədə həll etmə bacarığı (yalnız idarəetmə deyil)
  • Analitik düşüncə və müstəqil işləmə bacarığı
  • İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı

Üstünlüklər:

  • LLM əsaslı tətbiqlərin (chatbotlar, AI agentlər və s.) hazırlanması və inteqrasiyası təcrübəsi
  • Prompt engineering və AI workflow qurulması üzrə biliklər
  • Cloud platformalar (AWS, Azure, GCP) ilə iş təcrübəsi
  • Microservices və ya event-driven arxitektura anlayışı
  • Data pipeline və ETL prosesləri ilə tanışlıq
  • DevOps alətləri (Docker, CI/CD və s.) ilə ilkin təcrübə
  • Texniki komandalara rəhbərlik və layihə idarəetmə təcrübəsi
  • Müştəri yönümlü layihələrdə iştirak təcrübəsi

Biz təklif edirik:

  • İnkişaf və öyrənmə yönümlü, innovativ iş mühiti
  • Real biznes problemlərini həll edən AI layihələrində iştirak imkanı
  • Müxtəlif sektorlarla (retail, telecom, manufacturing və s.) işləmək imkanı
  • Sürətli karyera inkişafı və məsuliyyət artımı
  • Beynəlxalq layihələrdə iştirak perspektivi
  • Rəsmi əmək müqaviləsi

Şərtlər: 

  • Rəsmi əmək müqaviləsi

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “AI İnteqrasiya Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly123
  • Monthly1832