Vəzifə öhdəlikləri:
- Ailə üzvlərinin gündəlik daşınma ehtiyaclarını təmin etmək
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmək və vaxtında texniki xidmətə aparmaq
- Avtomobilin təmiz və saz vəziyyətdə saxlanılması
- Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Namizədlərə tələblər:
- Yaş həddi: 35-50 arası
- Ailə sürücüsü və ya şəxsi sürücü kimi ən azı 3 il iş təcrübəsi
- Bakı şəhərinin yollarını və marşrutlarını yaxşı tanımaq
- Etibarlı, məsuliyyətli, səbirli və dürüst olmaq
- Yaşayış ərazisi: 28 May, Nizami və Sahil metrosuna yaxın ərazidə yaşayan
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş vaxtı: 6 günlük iş rejimi, iş saatı 08:00-19:00
- Əmək haqqı: Aylıq məvacib müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
Müraciət üçün:
- Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ailə sürücüsü” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.