Ailə sürücüsü vəzifəsi üzrə məsuliyyətli, intizamlı və peşəkar namizəd axtarılır.
Tələblər
- Ailə sürücüsü və ya şəxsi sürücü kimi minimum 3 il iş təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Yaş: 30–45;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək;
- Məsuliyyətli, intizamlı, punktual və diqqətli olmaq;
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmək və yaranan nasazlıqlar barədə vaxtında məlumat vermək;
- İşə və şəxsi məlumatların məxfiliyinə ciddi yanaşmaq.
Vəzifə öhdəlikləri
- Ailə üzvlərinin təhlükəsiz və komfortlu şəkildə təyin olunmuş ünvanlara çatdırılmasını təmin etmək;
- Avtomobili təhlükəsiz və qaydalara uyğun idarə etmək;
- Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək;
- Aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək;
- Avtomobilin təmiz və səliqəli vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Yol hərəkəti qaydalarına və avtomobilin istismarı ilə bağlı təlimatlara tam riayət etmək.
İş şəraiti
- Əmək müqaviləsi ilə rəsmi rəsmiləşdirmə;
- Əmək haqqı: 1115 AZN (gross);
- İş yeri: Jale Plaza və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Şəxsi sürücü” qeyd etməyiniz xahiş olunur.