Ümumi Baxış:
- Şirkət restoran, kafe, otel və digər iaşə obyektləri üçün birdəfəlik istifadə olunan məhsulların pərakəndə və topdan satışı sahəsində fəaliyyət göstərir.
Əsas vəzifələr:
- Anbara daxil olan malların boşaldılması, çeşidlənməsi və rəflərə yerləşdirilməsi;
- Sifarişlərə uyğun malların yığılması və nəqliyyat vasitəsinə yüklənməsi;
- Malların daşınmasında və anbar daxilində təhlükəsizlik qaydasına riayyət olunması;
- Anbarda təmizlik və nizam-intizamı qorumaq;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Fiziki cəhətdən sağlam və aktiv olmaq;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
İş şərtləri:
- Rəsmi əmək müqaviləsi;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı 800 Azn;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Anbar fəhləsi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.