İş yeri: Qarabağ regionu
İş barədə məlumat:
- Müxtəlif xammal və ehtiyat hissələrinin düzgün şəkildə qəbulu, yerləşdirilməsi və saxlanması;
- Anbara daxil olan malların qəbul aktlarının, fakturaların və qaimələrin yoxlanılması və təsdiqi;
- Ehtiyat hissələrinin düzgün kodlaşdırılması və sistemə daxil edilməsi;
- Anbar daxilində FIFO (ilk girən, ilk çıxar) prinsipinin tətbiq olunması;
- Aylıq, rüblük və illik inventarizasiyalarda aktiv iştirak;
- Tələb olunan ehtiyat hissələrinin və xammalın zamanında istehsalata çatdırılmasının təmin olunması;
- İstifadəyə yararsız və ya zədələnmiş malların vaxtında aşkar olunması və rəhbərliyə məlumat verilməsi;
- Anbar proqramlarında (Logo, ERP və s.) işləmək və hesabatların aparılması;
- Anbarın təhlükəsizlik, sanitariya və texniki qaydalarına uyğun saxlanılması.
Namizədə tələblər:
- Orta ixtisas və ya ali təhsil (texniki sahə üstünlükdür)
- Anbardar və ya oxşar sahədə minimum 1-2 il iş təcrübəsi
- Xammal və ehtiyat hissələri ilə işləmək üzrə praktiki bilik və bacarıq
- Logo, ERP və ya digər anbar idarəetmə proqramlarında işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı olan
- Texniki sənədlərlə işləmə bacarığı olan (qaimə, akt, sifariş formaları və s.)
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Anbardar” başlığı ilə göndərə bilər.