C Company
  • 441

Company

Digər

Aparıcı mühasib

  • Deadline 18 May 2025

İş haqqında məlumat:

  • Maliyyə uçotunun aparılması: Şirkətin maliyyə əməliyyatlarının dəqiq və vaxtında uçotunu aparmalı,bütün gəlir və xərcləri izləməlidir.
  • Vergi və qanunvericiliklə uyğunluq: Mühasib vergi qanunlarına uyğun hesabatlar hazırlamalı və vergi öhdəliklərini vaxtında yerinə yetirməlidir. 
  • Büdcə və maliyyə planlaşdırılması: Şirkətin büdcəsinin hazırlanması və maliyyə planlarının yaradılması, həmçinin xərclərin və gəlirlərin monitorinqi ilə məşğul olmaq vacibdir.
  • Maliyyə hesabatlarının hazırlanması: Dövri maliyyə hesabatlarının (məsələn, mənfəət və zərər hesabatı, balans, pul axını hesabatları) vaxtında hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Maliyyə analizləri: Şirkətin maliyyə vəziyyətinin təhlili, gəlir və zərərin qiymətləndirilməsi, investisiya imkanlarının təhlili.
  • Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.

Pul Axını İdarəetməsi:

  • Şirkətin pul axınlarının planlaşdırılması, nəzarət edilməsi və balanslaşdırılması.
  • Bank əməliyyatlarının düzgün aparılması və bankla əlaqələrin idarə olunması.
  • Xərclər və gəlirlər üzrə proqnozlar vermək və pul axınlarının effektiv idarə edilməsi üçün planlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili səlis, rus dili arzuolunadır
  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
  • Müvafiq sahədə sertifikatları üstünlükdür
  • 1C 8.3 (K2) mühasibat proqramında sərbəst işləmək bacarığı mütləqdir
  • Punktual, məsuliyyətli, çevik

İş qrafiki:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək müqaviləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Ünvan: Bakı şəhəri, Gənclik metrosunun yaxınlığı

Əmək haqqı: 1000-1500 manat (Müsahibə əsasında təyin olunacaq)

Tələblərə uyğun şəxslər  şəkilli CV formalarını Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “ Aparıcı mühasib” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

  • Daily44
  • Weekly44
  • Monthly1982