Aparıcı mühasib

  • Deadline 23 October 2026

Şirkətlərin mühasibat uçotunun düzgün, tam və vaxtında aparılmasını təmin etmək, gündəlik mühasibat əməliyyatlarına nəzarət etmək, vergi və digər məcburi hesabatların hazırlanmasına dəstək vermək və mühasibatlıq proseslərinin effektiv idarə olunmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik təsərrüfat əməliyyatlarının 1C-ERP sistemində düzgün və vaxtında əks etdirilməsinə nəzarət etmək;
  • Bank çıxarışlarının gündəlik işlənməsinə nəzarət etmək;
  • Ödənişlərin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə üzləşmələri aparmaq;
  • Bank və kassa qalıqlarının uçot məlumatları ilə uyğunluğunu təmin etmək.
  • Debitor və kreditorlar üzrə uçotun və hesabatlılığın aparılması
  • Qarşılıqlı hesablaşmalar üzrə uyğunsuzluqları araşdırmaq və aradan qaldırmaq.
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində vergi, sadələşdirilmiş vergi və digər vergi hesabatlarının hazırlanmasına iştirak etmək;
  • DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta və əməkhaqqı üzrə hesabatların düzgünlüyünə nəzarət etmək;
  • Statistik hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət və digər əməkhaqqı ilə bağlı hesablamalara nəzarət etmək;
  • Əsas vəsaitlərin uçotuna nəzarət etmək;
  • Əsas vəsaitlərin qəbul edilməsi, istismara verilməsi, amortizasiyası, satışı və silinməsinin düzgün uçotunu təmin etmək;

Tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyini yaxşı bilmək;
  • 1C üzrə praktiki biliklərin olması;
  • MS Excel üzrə praktiki biliklərin olması;
  • ƏDV, mənfəət vergisi, DSMF və əmək haqqı hesablamaları üzrə praktiki bilik;
  • IFRS biliklərinin olması üstünlükdür;
  • PMS və digər peşəkar sertifikatların olması üstünlükdür;
  • Analitik düşüncə və detallara diqqət qabilliyyəti;

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily118
  • Weekly388
  • Monthly2102