Lüks geyim mağazalarına təcrübəli və məsuliyyətli Aparıcı mühasib axtarırıq!
Vəzifə öhdəlikləri
- Müəssisənin mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması;
- Gündəlik maliyyə və təsərrüfat əməliyyatlarının uçotuna nəzarət;
- Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin hesablanması;
- Elektron qaimə-fakturaların və ilkin mühasibat sənədlərinin yoxlanılması;
- Bank və kassa əməliyyatlarına, debitor və kreditor borclarına nəzarət;
- Əməkhaqqı, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması;
- Mal-material ehtiyatlarının, alış-satış əməliyyatlarının və anbar qalıqlarının uçotunun aparılması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
Namizədə tələblər
- Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
- Aparıcı mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyini yaxşı bilmək;
- Vergi və mühasibat uçotu üzrə praktiki biliklər;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- Elektron vergi sistemi və digər dövlət portalları ilə işləmək təcrübəsi;
- Ticarət və pərakəndə satış sahəsində mühasibatlıq təcrübəsi üstünlükdür;
- Dəqiqlik, analitik düşünmə və yüksək məsuliyyətlilik.Güclü ünsiyyət və problem həll etmə bacarığı;
- Məsuliyyətli, obyektiv və analitik düşüncə qabiliyyəti.
İş şəraiti
- İş yeri - Bakı şəhəri
- Əməkhaqqı - 1500 AZN
- İş rejimi: Tam ştat
CV-lərinizi mövzu hissəsində “Aparıcı mühasib” Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.