Aparıcı Planlama Mühəndisi

  • Истекает 23 май 2026

Tikinti və istehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz layihələrin effektiv planlanması və idarə olunması üçün peşəkar Aparıcı Planlama Mühəndisi axtarır.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: 4000 – 4500 AZN

Vəzifə öhdəlikləri:

  • Layihələrin vaxt qrafiklərinin hazırlanması və idarə olunması 
  • İşlərin icra ardıcıllığının planlaşdırılması və optimallaşdırılması 
  • Layihə üzrə irəliləyişin monitorinqi və gecikmələrin analizi 
  • Resursların (işçi qüvvəsi, material və s.) planlanması 
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi 
  • Podratçılar və digər tərəflərlə koordinasiya 

Tələblər:

  • Böyükmiqyaslı layihələrdə təcrübə.
  • Tikinti / istehsalat sahəsində minimum 7 il iş təcrübəsi 
  • Aparıcı vəzifədə iş təcrübəsi mütləqdir
  • Primavera P6 və digər planlama proqramlarını yaxşı səviyyədə bilmək 
  • PMP sertifikatının mövcudluğu (mütləqdir) 
  • Əlavə beynəlxalq sertifikatlar üstünlükdür 
  • İngilis dilini səlis səviyyədə bilmək 
  • Analitik düşünmə və problem həll etmə bacarıqları 
  • Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı 

Şərtlər və üstünlüklər:

  • Korporativ nömrə ilə təmin olunma 
  • Nahar şirkət tərəfindən qarşılanır 
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily22
  • Weekly602
  • Monthly2311