Əsas vəzifə öhdəlikləri
- Əkindən öncə torpağın hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və torpağın münbitliyini artırmaq üçün tədbirlər görmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
- Bitki mühafizəsi fəaliyyətlərini izləyərək zərərvericilər və xəstəliklərin risklərini azaltmaq;
- Aqrokimyəvi və Aqrotexniki tədbirlərin həyata keçirilməsi, suvarılma, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını təmin etmək;
- Xəstəlik, zərərverici və alaqlara qarşı mübarizə tədbirlərini həyata keçirmək;
- Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək, əməkdaşlarla gündəlik söhbətlər apararaq tapşırıqları ötürmək;
- Məhsul istehsalını artırmaq üçün qabaqcil texnologiyalardan istifadə etmək;Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə nəzarət etmək və s;
Tələb olunan təhsil, təcrübə və bacarıqlar
- Ali təhsil (Aqronomluq və Aqromühəndislik ixtisasları üzrə bakalavr təhsili arzu olunandır);
- Aqronomluq üzrə 3 ildən az olmayaraq iş təcrübəsi (bitkiçilik üzrə);
- 1C və MS Office proqramlarında işləmək bacarığı;
İş şərtləri
- Həftə ərzində 40 saatdan çox olmayaraq 6 günlük iş rejimi
- Regionda işləmək imkanının olması
- Əmək haqqı: 2000 AZN
Təminatlar
- Yaşayış yeri
- Qidalanma
Müraciət üçün: CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.