Aqrotexniki xidmətlər üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aqrotexniki xidmətlər üzrə mütəxəssis

  • Истекает 28 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə və öhdəliklər: 

  • Kənd təsərrüfatı texnikalarının (kombayn, traktor və digər asılan-qoşulan aqreqatlar) adlarını, texniki göstəricilərini, iş prinsiplərini, istismar qaydalarını, onların mexanizm-qovşaq və ehtiyat hissələrini bilməli; 
  • Texnikalar üzrə sistemə daxil edilən mədaxil, məxaric, yerdəyişmə, təchizat, satış mərkəzlərinə və vətəndaşlara geri qaytarma sənədləri hazırlamalı və  onlara nəzarət etməli;
  • Təchizat və satış mərkəzlərindən buraxılmış texnikanın mütəmadi olaraq qeydiyyatının aparılmasına, aktlar üzrə məlumatların elektron sistemə daxil edilməsinə nəzarət etməli və qalıq sənədlərini çıxarmalı;
  • Texnikalara və texnoloji avadanlıqlara istismar telimatlarına uyğun vaxtında texniki qulluq göstərilməsini istismarçılardan tələb etməli;
  • Texnikalarda ilkin texniki baxış və diaqnostika işlərini aparmalı, müvafiq akt tərtib etməli;
  • Şöbənin funksiyalarının həyata keçilirilməsi üçün zəruri olan digər vəzifələri yerinə yetirməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (mühəndis-mexanik ixtisası üzrə, aqrar sahə).
  • Müvafiq sahə üzrə təcrübə müddəti minimum 2-3 il  iş təcrübəsi. 
  • Ezamiyyələrdə iştirak etmək imkanı.
  • Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır.
  • Məsuliyyətlilik, operativlik, ünsiyyət bacarığı.

 İş qrafiki və əmək haqqı:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. 
  • Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
  • Əmək haqqı 1340 AZN (Gross) 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanlarına göndərə bilərsiniz. 

  • Daily78
  • Weekly529
  • Monthly2498