Avtomobil Satış Meneceri - Çin / ABŞ / Dubay bazarı
Şirkət: Avtomobillərin sifariş əsasında idxalı və pərakəndə satışı
İş qrafiki: Tam ştat
Şəhər: Bakı
Axtardığımız namizəd
- Biz avtomobil sahəsində aktiv, ünsiyyətcil və nəticəyönümlü Bəy Satış Meneceri axtarırıq.
Namizəd:
- Aktiv satış bacarığına malik olmalı (yalnız mesajlara cavab verməklə kifayətlənməməlidir)
- Çin, ABŞ və Dubay avtomobil bazarları haqqında praktik biliyə sahib olmalıdır
- Kamera qarşısında özünü rahat, inamlı və peşəkar aparmağı bacarmalıdır
- Video çəkilişlərdə iştirak etməyə açıq olmalıdır
- Komanda ilə birlikdə inkişaf etmək və yüksək gəlir qazanmaq istəməlidir
Vəzifə öhdəlikləri
- Avtomobillərin satışı:
- Çin
- ABŞ
- Dubay
- Müştərilərə məsləhətlərin verilməsi:
- Telefon zəngləri
- Avtomobillər barədə ətraflı və aydın məlumatın təqdim edilməsi
- Daxil olan müraciətlərin idarə olunması və satışa çevrilməsi
- Şirkət tərəfindən idxal edilən və pərakəndə satılan avtomobillər üzrə video icmallarda (review) iştirak
- Kamera qarşısında səlis, inamlı və peşəkar danışıq
- Satışın artırılması üçün kreativ ideyaların irəli sürülməsi
- Müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulması
Tələblər
- Kişi namizəd
- Satış sahəsində təcrübə (avtomobil sahəsində təcrübə üstünlükdür)
- Çin, ABŞ və Dubay avtomobil bazarları və auksionları haqqında bilik
- Səlis şifahi nitq və güclü ünsiyyət bacarığı
- Müştərilərlə işləmək və satışları bağlamaq bacarığı
- Məsuliyyətli, aktiv və təşəbbüskar olmaq
- Nəticə yönümlü işləmə qabiliyyəti
Avtomobillər üzrə biliklər:
- texniki göstəricilər
- komplektasiyalar
- bazar fərqləri
Biz nə təklif edirik
- Rəqabətədavamlı əməkhaqqı + satışdan faiz
- Yüksək qazanc imkanı
- Sürətlə inkişaf edən şirkətdə stabil iş
- Daimi avtomobil və müştəri axını
- Video çəkilişlər və maraqlı layihələrdə iştirak
- Karyera və şəxsi inkişaf imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.