Avtomobil satışı və sifarişi üzrə mütəxəssis

  • Истекает 17 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Avtomobil idxalı və satışı ilə məşğul olan şirkətimiz komandamıza avtomobil sektorunda təcrübəsi olan, xüsusilə Çin avtomobillərinin sifarişi və komplektasiyaları üzrə məlumatlı mütəxəssis axtarır.

Namizədə tələblər:

  • Avtomobil sektorunda minimum 1 il iş təcrübəsi;
  • Çin avtomobil markaları və modelləri haqqında yaxşı məlumat;
  • Çin avtomobillərinin sifariş prosesi, komplektasiyaları və model fərqləri barədə anlayış;
  • Müştəri ilə düzgün ünsiyyət və avtomobili peşəkar şəkildə təqdim etmək bacarığı;
  • Satış yönümlü, aktiv və məsuliyyətli olmaq;
  • Müştərinin ehtiyacını düzgün müəyyən edib uyğun avtomobil təklif edə bilmək;
  • Komandada işləmək və nəticəyə fokuslanmaq.

İş öhdəlikləri:

  • Müştərilərə Çin avtomobilləri və mövcud modellər haqqında məlumat vermək;
  • Sifariş əsasında gətirilən avtomobillərlə bağlı müştərilərə konsultasiya etmək;
  • Model, komplektasiya, rəng və digər seçimlər üzrə düzgün yönləndirmə aparmaq;
  • Müştəri sorğularını izləmək və satış prosesini müqaviləyədək çatdırmaq;
  • Avtomobil bazarındakı yeni modelləri və yenilikləri izləmək.

İş şəraiti:

  • İş saatı: 10:00 – 19:00
  • Əmək haqqı: razılaşma əsasında
  • Əlavə satış bonusları
  • Stabil və inkişaf edən avtomobil şirkətində iş imkanı

Avtomobil sahəsini sevən, Çin avtomobillərini yaxşı tanıyan və bu istiqamətdə inkişaf etmək istəyən namizədlərin müraciətlərini gözləyirik.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər.

Əlaqə +994103100506 

  • Daily106
  • Weekly227
  • Monthly1411