Şirkətimiz regional və beynəlxalq bazarlarda fəaliyyət göstərən gözəllik və estetik məhsullar üzrə qlobal satışların idarə olunması üçün yüksək motivasiyalı və nəticəyönümlü B2B Satış Rəhbəri axtarır.
Məqsədimiz regional və qlobal bazarlarda şirkətin bazar mövqeyini gücləndirmək, bazar payını artırmaq və satış həcmini davamlı şəkildə inkişaf etdirməkdir.
Tələblər
- Ali təhsil
- Xarici dil biliyi: İngilis və rus dilləri (mütləqdir)
- B2B satış sahəsində minimum 5 il iş təcrübəsi
- Beynəlxalq distribütor və partnyorlarla iş təcrübəsi
- Satışın tam dövrünün idarə olunması üzrə təcrübə (lead generation → danışıqlar → bağlanma → after-sales)
- 5–10 nəfərlik satış komandasını idarə etmə bacarığı
- Strateji satış planı hazırlamaq və icra etmək bacarığı
- Bazar təhlili və rəqib araşdırması aparmaq bacarığı
- Güclü liderlik və qərarvermə qabiliyyəti
Xüsusi Bacarıqlar
- Liderlik və komanda ruhu
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Strateji və analitik düşüncə
- Qərarvermə və problem həll etmə qabiliyyəti
- Nəticəyönümlülük və məsuliyyətlilik
- Stressə davamlılıq
- Dəyişikliklərə çevik uyğunlaşma
- Yüksək motivasiya və təşəbbüskarlıq
Vəzifə Öhdəlikləri
- Regional və qlobal bazarlarda şirkətin bazar mövqeyini gücləndirmək və satış həcmini davamlı artırmaq
- Satış prosesinin tam dövrünü idarə etmək: potensial müştərilərin müəyyən edilməsi, ilkin əlaqə, təqdimat, danışıqlar, müqavilə bağlanması və satış sonrası münasibətlərin idarə olunması
- Yeni beynəlxalq müştərilərin və distribütorların cəlb edilməsi
- Mövcud müştərilərlə uzunmüddətli və etibarlı biznes əlaqələrinin qurulması və qorunması
- 5–10 nəfərlik satış komandasını formalaşdırmaq, idarə etmək və motivasiya etmək
- Satış hədəflərini müəyyənləşdirmək və komandaya yönləndirmək
- Satış göstəricilərini analiz etmək və optimallaşdırma strategiyaları hazırlamaq
- Rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək
- Zərurət olduqda beynəlxalq sərgi və tədbirlərdə şirkəti təmsil etmək
İş Şəraiti
- Əmək haqqı: 800 – 2.500 AZN (təcrübə və nəticələrə əsasən dəyişir)
- Güclü bonus və komissiya sistemi
- İş rejimi: I–V günlər, 09:00–18:00
- Peşəkar inkişaf və beynəlxalq karyera imkanları
- Ofis: Babək Plaza
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Əlaqə - 0502183551