Əsas vəzifə öhdəlikləri:
- Baş Baytar Əməliyyatlar üzrə Rəhbərə və Cəmiyyət üzrə İdarə Heyətinin Sədrinə hesabat verir;
- Bütün Təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların idarə olunmasına nəzarət edir;
- Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşıyır;
- İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin edir;
- Baytarlıq bölməsinin apardığı işlər ilə bağlı rüblük statistik məlumatları hazırlayıb üst rəhbərliyə təqdim edir;
- Baytarlıq bölməsində dərman vasitələrini həcmini və tərkibini müəyyən edir və aidiyyəti üzrə təkliflər verir;
- Heyvandarlıq şöbəsində müalicə, müayinə və profilaktik proqramları işləyib hazırlayır və həmin proqram əsasında tədbirləri həyata keçirir;
- Baytarlıq bölməsində işçilərin iş yükünü təyin edir və qrafik üzrə iş prosesini təşkil edir;
- Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə şöbəsinə təqdim edir, məlumatları daxil aidiyyəti proqrama daxil edir və hesabatını rəhbərliyə verir;
- Riskli və erkən doğuşlarda birbaşa iştirak edir;
- Gündəlik olaraq bütün heyvan qruplarına baxış keçirir, xəstə olan heyvanların uçotunu toplayıb üst rəhbərliə məlumat verir. Müalicə üçün metodlar təyin edib Baytar həkimlərə müvafiq təlimatlarını verir;
- Müalicələrin qeydiyyatının aparılmasını təmin edir;
- Baytarlıq bölməsinin qeydiyyat jurnallarının gündəlik olaraq işlənməsini təmin edir;
- Çoxalma proqramlarını hazırlayır və həmin proqram əsasında mayalanma işlərini həyata keçirir;
- Sürünün sağlamlaşdırılması istiqamətində daim təkliflər verir;
- Vaksinasiya proqramlarının icra olunmasına nəzarət edir;
- Dırnaq baxımı və dırnaq vannaları proqramlarının hazırlanması və icrasının təmin edir;
- Heyvan ölümlərinin səbəbini müəyyənləşdirir, lazım gəldikdə patoloji yarmalar aparır və nəticələr barədə rəhbərliyə hesabat verir;
- Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərir;
- İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin edir;
- Səlahiyyətli baytarlıq qurumunun göstərişinə əsasən karantin tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edir;
- Vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirir;
- İşində əmək və texniki təhlükəsizlik qaydalarına, sanitar-gigiyenik qaydalara ciddi riayət edir;
- Mal-qaranın tələf olması səbəbləri barədə hesabt verir;
Tələblər:
- Heyvandarlıq üzrə ən azı 10 il, o cümlədən Baş baytar vəzifəsində ən azı 3 il təcrübə;
- Cinsi: Kişi
- Yaş həddi: 28-50
- Ali təhsil (Baytarlıq, Zootexnik)
- MS Office (Word, Excel),
- Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
Namizəddən gözlənilir:
- Yüksək analitik düşüncə və detal yönümlülük
- İşçi heyətinin idarəedilməsi, heyvandarlıq, dərman tanıma və sənədlərlə işləmə bacarığı
- Təqdimat bacarığı
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik-bacarığına görə dəyərləndiriləcəkdir
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş Baytar” qeyd edərək göndərməyinizi xahiş edirəm.