C Company
  • 503

Company

Other

Baş Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Mühasib

  • Истекает 5 апрель 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İstehsalat sahəsində fəaliyyət göstərən şirkətə təcrübəli (istehsalat üzrə) “Baş Mühasib” tələb olunur.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat/maliyyə).
  • Müvafiq sahə üzrə minimum baş mühasib kimi 5 il iş təcrübəsi.
  • MS Office, 1C və ERP proqramlarından istifadə etmək bacarığı.
  • Vergi və əmək qanunvericiliyini yüksək səviyyədə bilməli.
  • Peşəkar mühasib sertifikatına (PMS) malik olması mütləqdir.
  • İstehsalat sahəsində təcrübə mütləqdir.

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
  • İş saatları: 09:00-18:00;  
  • İş yeri –Luxen Plaza
  • Rəqabətə davamlı əmək haqqı.

Vəzifə öhdəlikləri: 

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;  
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək 
  • Aylıq Mənfəət hesabatını yoxlamaq, direktora təqdim etmək 
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir;
  • Müştərilərdən köçürmə yolu ilə müəssisənin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
  • Müəssisə adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
  • Müəssisənin maliyyə cədvəllərini hazırlanmasını, mühasibat uçotunun qüvvədə olan qanunvericiliklərə uyğun aparılmasının əsas və üsullarının müəyyənləşdirilməsini, müvafiq mühasibat uçotunun düzgün və şəffaf şəkildə aparılmasını, aparılan ödənişlərin və digər sənədlərin qeydiyyat və köçürülməsinin həyata keçirilməsini, ödənişlərin təsdiqinin icra edilməsini təşkil edir;
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan respublikasının Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən, günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların təqdim edilməsində yaxından iştirak edir;
  • ƏDV, ÖMV, Mənfəət , Gəlir , Əmlak , Statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması , şəxsi hesab vərəqəsinə nəzarət etmək;
  • Müəyyən edilmiş məqamda mühaibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsinə nəzarət etmək;
  • Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
  • Mühasibatlıq fəaliyyətu ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək;
  • 1C proqramında silinmələri nəzarətdə saxlamaq , proqramda yaranan probelmlərlə bağlı müvafiq şöbələrlə koordinasiyalı işləyərək həllini təşkil etmək

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq, elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

  • Daily74
  • Weekly545
  • Monthly1119