Baş mühasib

  • Истекает 16 июнь 2025

Vəzifə Təsviri:

  • Şirkətin ümumi məqsədləri ilə uyğun maliyyə strategiyalarını hazırlamaq və həyata keçirmək.
  • İllik büdcə planlaşdırma prosesinə rəhbərlik etmək və mütəmadi maliyyə proqnozları təqdim etmək.
  • Maliyyə məlumatlarını və bazar tendensiyalarını təhlil edərək strateji qərarlar vermək.
  • Rəhbərlik və maraqlı tərəflər üçün dəqiq və vaxtında maliyyə hesabatları, təqdimatlar hazırlamaq.
  • Maliyyə qaydaları və mühasibat standartlarına uyğunluğu təmin etmək.
  • Zərurət olduqda xarici auditorlar və tənzimləyici orqanlarla əlaqə qurmaq.
  • Şirkətin pul axınını izləmək və likvidliyi optimallaşdırmaq.
  • Effektiv nağd vəsaitlərin idarə olunması siyasət və prosedurlarını tətbiq etmək.
  • Qərarvermə proseslərini dəstəkləmək üçün maliyyə təhlilləri və fikirləri təqdim etmək.
  • Layihə rəhbərləri və şöbə müdirləri ilə əməkdaşlıq edərək layihələrin maliyyə nəticələrini optimallaşdırmaq.
  • Şirkətin bütün satış, alış, əməkhaqqı və xərclərini nəzarətdə saxlamaq və təsdiq etmək.
  • Bütün müqavilə və razılaşmaları izləmək, şərtlər, tələblər və faydalar barədə rəhbərliyi məlumatlandırmaq.
  • Aylıq, üç aylıq və altı aylıq proqnoz və büdcələri il boyu hazırlamaq və əhəmiyyətli fərqliliklər barədə rəhbərliyi məlumatlandırmaq.
  • Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və qarşısını almaq üçün strategiyalar təklif etmək və həyata keçirmək.
  • Şirkətin aktivlərini qorumaq məqsədilə effektiv daxili nəzarət sistemləri qurmaq və saxlamaq.
  • Maliyyə şöbəsinin işçilərini işə qəbul etmək, təlim keçmək, rəhbərlik etmək, motivasiya etmək və intizam tədbirləri görmək.
  • Yatırımları və əsas kapital xərclərini qiymətləndirmək, maksimal gəlirlilik üçün tövsiyələr vermək.
  • Yeni layihələrin maliyyə səmərəliliyini qiymətləndirmək.

Tələblər:

  • Maliyyə, Mühasibatlıq, Biznes və ya oxşar sahədə bakalavr dərəcəsi.
  • Magistr dərəcəsi və ya peşəkar sertifikat üstünlükdür.
  • Mühasibatlıq üzrə ən azı 7 il iş təcrübəsi.
  • Tikinti layihələrinin maliyyəsi, xərc idarəetməsi və gəlir tanınması üzrə güclü biliklər.
  • Maliyyə qaydaları, mühasibat prinsipləri və risklərin idarə olunması sahəsində dərin bilik.
  • Yüksək analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarıqları.
  • Fəaliyyət sahələri üzrə komandalarla əməkdaşlıq üçün effektiv ünsiyyət və qarşılıqlı münasibət bacarıqları.
  • Maliyyə proqramlarında və Microsoft Office proqramlarında yüksək səviyyədə bacarıq.

İş şəraiti:

  • Əmək haqqı: 3000-4000 AZN (təcrübəyə əsasən)
  • İş qrafiki: 5 günlük (10:00 – 19:00)
  • Könüllü tibbi sığorta

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.

  • Daily62
  • Weekly62
  • Monthly1601