Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat uçotu standartları üzrə geniş biliklərə malik olmaq;
- PMS və ya ACCA F3/FA sertifikatına sahib olmaq üstünlük hesab olunur;
- Baş mühasib vəzifəsində ən azı 5 illik peşəkar təcrübə;
- Azərbaycan dilini yüksək səviyyədə bilmək, rus və ingilis dillərinin bilməsi əlavə üstünlükdür;
- Analitik düşünmə qabiliyyəti, məsuliyyət və operativlik;
- 1C 8.3 və Excel proqramlarında peşəkar səviyyədə işləmə bacarığı.
Vəzifə və Öhdəliklər:
- Qanunvericiliyin tələblərinə uyğun olaraq vergi, statistika və digər dövlət qurumları üçün tələb olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Gəlir və xərc sənədlərinin, eləcə də vergi ödənişlərini təsdiq edən sənədlərin düzgün uçotunun və saxlanmasının təmin edilməsi;
- Vergi portalında bütün müraciət və yazışmaların izlənilməsi, elektron kargüzarlığın aparılması;
- Nağd və qeyri-nağd vəsaitlərin hərəkətinin uçotunun aparılması, mühasibat hesablarında düzgün əks etdirilməsi;
- İstehsal və fəaliyyət xərclərinin uçotu, smeta və maliyyə planlarının hazırlanması;
- Vergi, DSMF və Statistika üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim edilməsi;
- Elektron qaimə-fakturaların tərtib edilməsi, təsdiqlənməsi və göndərilməsi;
- Dövlət qurumlarından daxil olan məktubların və sorğuların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması, təsdiqi və aidiyyəti şöbələrə ötürülməsi;
- Mühasibat əməliyyatlarının 1C və digər informasiya sistemlərində vaxtında və düzgün şəkildə işlənməsi;
- Təhtəl-hesab üzrə əməliyyatlara nəzarət və onların uçotda düzgün əks olunması;
- Ayın sonunda maliyyə nəticələrinin formalaşdırılması və rəhbərliyə təqdim olunması;
- Pul vəsaitləri, mal-material ehtiyatları və digər aktivlərlə bağlı bütün əməliyyatların uçota alınması;
- İdarəetmə məqsədləri üçün daxili maliyyə hesabatlarının hazırlanması və təhlillərin aparılması;
- Şirkətin maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə dair təkliflərin hazırlanması;
- Maliyyə və mühasibatlıq sənədləşmə proseslərinin təşkili, idarə edilməsi və təkmilləşdirilməsi;
- Əməkhaqqı, məzuniyyət, mükafat və digər hesablamaların həyata keçirilməsi; maya dəyərinin müəyyən edilməsi.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.