C Company
  • 329

Company

Прочее

Baş mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş mühasib

  • Истекает 24 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) qüvvədə olan qanunvericiliyə uyğun hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət vergisi, vahid bəyannamələr və statistika hesabatlarını tərtib etmək və aidiyyəti qurumlara vaxtında göndərmək
  • Müəssisənin aktiv və passivlərinin, debitor və kreditor borclarının, gəlir və xərclərinin, nağd vəsaitlərin və mal qalıqlarının uçotunu aparmaq
  • Mal-material hərəkətinə və inventarizasiya prosesinə nəzarət etmək, kassa qalığını və ƏDV depozit hesabının vəziyyətini mütəmadi izləmək
  • Əmək haqqı, ezamiyyə və son haqq-hesab ödənişlərinin düzgün hesablanmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
  • Müəssisədə aparılan bütün əməliyyatların Əmək, Vergi və digər normativ-hüquqi aktların tələblərinə uyğun icrasına nəzarət etmək
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərində düzgün əks etdirilməsini təmin etmək və rəhbərliyə operativ maliyyə məlumatları təqdim etmək
  • Vergilərin hesablanması və ödənilməsi üçün tələb olunan sənədlərin, eləcə də alış, satış və vergi tutulmalarını təsdiq edən sənədlərin qanunvericiliyə uyğun saxlanılmasını təşkil etmək
  • Vergi risklərini qiymətləndirmək və nəticələr barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək
  • Rəhbərliyin xidməti fəaliyyətlə bağlı tapşırıqlarını vaxtında və dəqiq icra etmək

 Tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil
  • Müvafiq sahə üzrə minimum 5  il, Rəhbər vəzifədə 3 il iş təcrübəsi
  • PMS (Peşəkar Mühasib Sertifikatı) və ya digər beynəlxalq mühasibat/maliyyə sertifikatlarının (ACCA, CIMA və s.) mövcudluğu üstünlükdür
  • Beynəlxalq maliyyə hesabatları standartları (IFRS) üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur
  • Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yüksək səviyyədə bilmək
  • 1C və digər mühasibat proqramları ilə işləmək bacarığı
  • Analitik düşünmə, məsuliyyətlilik və yüksək idarəetmə bacarıqları

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Baş mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  

  • Daily102
  • Weekly360
  • Monthly2250