İş barədə məlumat:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi,mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi
- İlkin mühasibat sənədlərinin,hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına,əməkhaqqı fondunun sərf olunmasına,əmtəə-mal qiymətlərinin və əsas fondlarının inventarizasiyasının aparılmasına nəzarət edilməsi
- Maliyyə nizamına ciddi əməl edilməsi,inzibati təsərrüfat vədigər xərclərin ,debitor borclarının,çatışmazlıqların vədigər hesabatların mühasibat uçotunda düzgün əks etdirtilməsinin təmin edilməsi
- DSMF,Vergi,Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi
Namizədə tələblər:
- Təhsil: Ali (Mühasibat uçotu və audit,İqtisadiyyat,Menecment və Maliyyə ixtisasları)
- Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi)
- Vergi Məcəlləsini yüksək səviyyədə bilməlidir
- Azərbaycan dilində sərbəst,rus və ingilis dilləri arzuolunandır.
- MC Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə bilməli)
- ACCA,CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
- Vergi qanunvericiliyini səlis bilməlidir
- Komanda ilə işləmə qabiliyyəti
- Operativlik,məsuliyyətlilik
- Analitik düşünmə, analiz etmə,diqqətlilik
- Yaş həddi: 35-50
- Ədalətlilik və düzgünlük
İş şəraiti:
- İş qrafiki: 6 gün
- İstirahət: Bazar günü
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş ünvanı: Sumqayıt şəhəri
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Baş mühasib" qeyd edərək CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.