Əsas vəzifə öhdəlikləri:
- Müəssisədə mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsini və aparılmasını təmin etmək.
- Maliyyə, mühasibat və statistik hesabatların vaxtında və düzgün hazırlanmasına nəzarət etmək.
- Maliyyə vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək.
- Gəlir və xərclərin uçotunun aparılmasını, maliyyə əməliyyatlarının düzgün rəsmiləşdirilməsini təmin etmək.
- Əmək haqqı, ezamiyyə, məzuniyyət və digər ödənişlərin hesablanmasını həyata keçirmək.
- Vergi, sosial sığorta və digər icbari ödənişlərin vaxtında hesablanmasını və ödənilməsini təmin etmək.
- Debitor və kreditor borclarının uçotunu aparmaq, onların vəziyyətini mütəmadi təhlil etmək.
- Əsas vəsaitlərin, ehtiyatların və digər maddi sərvətlərin uçotuna və inventarlaşdırılmasına nəzarət etmək.
- Rüblük və illik inventarizasiya prosesini təşkili və yekun hesabatını təmin etmək.
- Müştərilərlə hesablaşmaların aparılması üçün lazım olan sənədləşmələrin və hesabatların hazırlanmasını təmin etmək.
- Dövlət satınalmaları və müqavilələr üzrə maliyyə sənədlərinin düzgün tərtib olunmasını təmin etmək.
- Mühasibat sənədlərinin saxlanılmasını və arxivləşdirilməsini təşkil etmək.
- Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək.
- Maliyyə intizamının gücləndirilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq.
- Anbar silinmələri, xidmət, və digər əməliyyatların xərc maddələrini mühasibat və maliyyə uçotuna görə düzgün vurulmasını yoxlamaq uyğunsuzluq olarsa düzəldilməsini təmin etmək;
- Əsas vəsaitə keçid, kapital olunan texnika və materialları aktlaşdırmaq və imzalanmasını təmin etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyərini hazırlamaq.
- Şöbədaxili əməkdaşlarının fəaliyyətini əlaqələndirmək, onların işinə nəzarət etmək.
- Aylıq, rüblük və illik müəssisədaxili maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Aylıq, rüblük və illik icbari hesabatları hazırlamaq, doğruluğundan əmin olduqdan sonra təqdim etmək.
- Müəssisənin illik büdcə smetasını hazırlamaq, vaxtında icrasına nəzarəti və mütəmadi olaraq hesabatlılığını təmin etmək.
- Rəhbərliyin tapşırığı ilə maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini aparmaq və hesabatlar hazırlamaq.
- Azərbaycan Respublikasının qüvvədə olan maliyyə, vergi, əmək və mühasibat uçotuna aid qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
- Minimum 3 il baş mühasib kimi iş təcrübə;
- Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- 1C 8.3 proqramında sərbəst işləmə bacarığı;
- E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
- Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
- ACCA, CFA, PMS üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
- Vergi qanunvericiliyini mükəmməl bilməli;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
Əmək şəraiti:
- İş yeri: Göygöl rayonu
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş mühasib (Göygöl)” qeyd edərək göndərməyinizi xahiş edirəm.